Xocalının Daşbulaq kəndində tut bağlarında 250 nəfər işlə təmin olunub

Xocalı rayonunun Daşbulaq kəndində salınmış 163 hektarlıq intensiv tut bağlarında 250-yə yaxın keçmiş məcburi köçkün işlə təmin olunub, bölgədə fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidməti bildirib.
Xidmətin məlumatına görə, bağlarda Xocalı və ətraf rayonlardan olan sakinlər çalışır. Son iki ildə salınan bağın hər hektarına 10,000 ting əkilib.
Xidmətin direktor müşaviri İmran Cümşüdov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi təsərrüfata 100 qutu ipəkqurdu verib.
Onun sözlərinə görə, bir il ərzində 2.1 ton barama istehsal edilərək “Azəripək” MMC-yə təhvil verilib
























