Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.Bu barədə Qətər Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yolları və regionda baş verən son hadisələr müzakirə olunub.
Tərəflər xüsusilə gərginliyin azaldılması, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində diplomatik səylər və birgə koordinasiya məsələlərini nəzərdən keçiriblər.
Qətərin Baş naziri və xarici işlər naziri gəmiçilik azadlığının təmin edilməsi və regionda davamlı sülhə imkan verəcək hərtərəfli razılaşmanın əldə olunması istiqamətində diplomatik səylərə ölkəsinin dəstəyini bir daha təsdiqləyib.
Son xəbərlər 
Daha çox 























