Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir

Gəncədə 1938-ci il təvəllüdlü Gülsüm Əliyeva yaşadığı evdə öldürülüb.
"Report"un məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
İlkin istintaq tədbirləri nəticəsində qadının döyülərək öldürüldüyü müəyyən edilib. Cinayəti törətməkdə onun bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov şübhəli bilinir. O, saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər 
Daha çox 























