“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb

İki nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi “Şəki Yaylası” istirahət mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb.
Mərkəzin nümayəndəsinin sözlərinə görə, hazırda istintaq aparıldığı üçün istirahət mərkəzi ilin sonunadək fəaliyyət göstərməyəcək.
“Ola bilsin ki, ilin sonunda açılsın”, - deyə nümayəndə bildirib.
Qonaqların məlumatlandırılması və onların kənd və dağ yolları ilə əraziyə gedərək geri qayıtmaq məcburiyyətində qalmamaları üçün Şəki-Qaraməryəm-Bakı magistral yolunda da istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə xəbərdarlıq lövhəsi quraşdırılıb.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
























