Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub

Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. Bu barədə "Bakupost" xəbər yayıb.
Hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.
Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.
"Bakupost"un əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər 
Daha çox 






















