Azərbaycan və Gürcüstan arasında 145 sənəd qüvvədədir, daha 18 sənəd üzərində iş aparılır

Azərbaycan və Gürcüstan arasında hazırda 145 müxtəlif müqavilə, saziş və razılaşma qüvvədədir, daha 18 sənədin hazırlanması istiqamətində işlər davam etdirilir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, əlavə 18 sənəd üzrə işlərin yaxın zamanda yekunlaşması və onların imzalanaraq qüvvəyə minməsi gözlənilir.
Bayramov qeyd edib ki, ikitərəfli münasibətlərlə yanaşı, Azərbaycan və Gürcüstan müxtəlif çoxtərəfli formatlarda da əməkdaşlıq edir. Bu platformalarda daha geniş coğrafiyanı əhatə edən məsələlər müzakirə olunur.

























