Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir

Azərbaycan 2027–2030-cu illərdə informasiya və rabitə sektorunda ortaillik artımın 11%-dən yüksək olacağını proqnozlaşdırır. Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov bildirib.
Onun sözlərinə görə, ortamüddətli dövrdə qeyri-neft-qaz sənayesində ortaillik artımın 7%-dən, turizmdə 8%-dən yüksək, nəqliyyatda təxminən 5%, kənd təsərrüfatında isə 2,8% olacağı gözlənilir.
Camalov bildirib ki, qeyri-neft-qaz sənayesi, informasiya və rabitə, turizm və nəqliyyat iqtisadi artımın əsas mənbələri olacaq.
Hökumət 2027-2030-cu illərdə ÜDM-in orta hesabla ildə 3,3%, qeyri-neft-qaz sektorunun isə 4,4% artacağını gözləyir.
Camalov xidmət ixracını iqtisadi siyasətin prioritetlərindən biri adlandırıb. Nəqliyyat-logistika, turizm və informasiya texnologiyaları ilə yanaşı, məlumat mərkəzləri də prioritet istiqamətlərə daxil edilib.
Onun sözlərinə görə, iqtisadi siyasət ixracın genişləndirilməsinə, özəl investisiyaların cəlbinə və regionların inkişafına yönələcək.



Son xəbərlər 
Daha çox 





















