ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda 8 Noyabr – Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklər çatdırılıb, ölkəmizə sülh, rifah və firavanlıq arzulanıb.
Məktubda qeyd olunub ki, bu mühüm bayram Azərbaycan xalqının əzmkarlığını, birliyini və qətiyyətini əks etdirməklə yanaşı, sülhün, sabitliyin və təhlükəsizliyin əhəmiyyətini də təcəssüm etdirir.
Səlim bin Məhəmməd əl-Malik VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə edib. O, Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul olunmasını xüsusi şərəf kimi qiymətləndirib və görüş zamanı tərəflərin ortaq prioritetləri, ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi apardıqlarını bildirib.
Baş direktor ICESCO ilə Azərbaycan arasındakı səmimi və konstruktiv münasibətləri yüksək qiymətləndirib. O, təhsil imkanlarının təşviqi, mədəni irsin qorunması, xalqlar və sivilizasiyalar arasında dialoqun inkişafı sahələrində əməkdaşlığın davam etdiyini vurğulayıb.
Səlim bin Məhəmməd əl-Malik əminliyini ifadə edib ki, tərəfdaşlıq daha da dərinləşəcək, birgə təşəbbüslər üçün yeni imkanlar yaradacaq və daha dinc, harmoniyalı dünyanın qurulmasına töhfə verəcək.
Son xəbərlər 
Daha çox 























