• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb

Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
04.11.2026 12:55

Deputat Əli Məsimli 1,7%-lik iqtisadi artım tempinin 2030-cu ilədək müəyyənləşdirilmiş beş prioritetin həyata keçirilməsi üçün yetərli olub-olmayacağını sual edib.

O, iqtisadi artım hədəflərinə çatmaq üçün sistemli islahatların dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

“Böyük bir sual ondan ibarətdir ki, bu cür 1,7%-lik artımla biz 2030-cu ilə qədər olan dövr üçün nəzərdə tutulan strategiyalarda müəyyənləşdirilmiş beş prioriteti dolğun şəkildə həyata keçirmək imkanımız olacaqmı? Mən hesab edirəm ki, bu sualın cavabı cəmiyyət həyatının bütün sahələrində, xüsusilə iqtisadiyyat sahəsində sistemli islahatların dərinləşdirilməsindən keçir”, - Ə.Məsimli Milli Məclisin komitə iclasında çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, 2026-cı ilin ilk doqquz ayında ümumi daxili məhsul (ÜDM) 1,5%, qeyri-neft ÜDM-i isə 2,6% artıb. Onun sözlərinə görə, 2027-ci ildə ÜDM-in 2,7%, 2030-cu ilədək isə orta hesabla 3,3% artacağı, qeyri-neft ÜDM-i üzrə artımın 4,4%-ə çatacağı proqnozlaşdırılır.

“2027-ci ildə birdən-birə ÜDM-in 2,7% artması, 2030-cu ilə qədər olan dövrdə orta hesabla bu artımın 3,3%-ə çatdırılması, qeyri-neft ÜDM-də isə 4,4% olması əsasən hansı əlavə amillərin hesabına təmin olunacaq?” - deputat sual edib.

Ə.Məsimli dövlət investisiyalarının artırılmasını büdcənin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirsə də, onların strukturunun innovativ inkişaf prinsiplərinə uyğun olmadığını bildirib.

“Əgər bu vəsaitlər tikinti-quraşdırma işlərinə gedəcəksə, onda sual olunur ki, həmin işlərlə bağlı uzun illər Hesablama Palatasının verdiyi tövsiyələr nə qədər nəzərə alınacaq ki, vəsaitlər əvvəlki kimi səmərəsi aşağı olan səviyyədə istifadə olunmasın? Artan vəsait real sektorun artımına necə təsir göstərəcək?” - o bildirib.

Deputat sosial xərclərin büdcənin ümumi artım tempindən daha sürətlə artmasına və inflyasiya risklərinə də diqqət çəkib.

“Büdcənin sosial xərclərinin artması, eyni zamanda yüksək inflyasiya şəraitində artan vəsaitlərin inflyasiyanın yeminə çevrilməsinin qarşısını almaq üçün hansı əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub? Hesab edirəm ki, bu, həddən artıq vacib məsələdir”, - Məsimli vurğulayıb.

O, regionlarda qazlaşdırılmamış kəndlərin problemini də gündəmə gətirib. Deputat Şəki və Qax rayonlarında bir sıra kəndlərin hələ də qazla təmin olunmadığını bildirib.

“Əvvəllər büdcədən qazlaşdırma üçün vəsait ayrılırdı. Həmin vəsait kəndlərin sürətlə qazlaşdırılmasına gətirib çıxardı. Sonra bu xərclər ixtisar olundu. İndi bütövlükdə qazlaşdırma məsələsi SOCAR-ın aidiyyəti qurumunun öhdəsinə verilir. Orada ayrılan vəsaitlə yaxın 10 illiklərdə qazlaşdırılmayan kəndləri qazlaşdırmaq mümkün deyil”, - deputat qeyd edib.

Məsimli qazlaşdırılmayan kəndlərdə əhalinin odun yanacağından istifadəsinin meşələrə və ekologiyaya təsirinin də hesablanmasının vacibliyini vurğulayıb. O, qazlaşdırmaya ayrılan vəsaitdən əldə olunan qənaətlə meşələrin qırılması və ətraf mühitə dəyən zərərin müqayisəli təhlilinin aparılıb-aparılmadığını soruşub.

Deputat, həmçinin kölgə iqtisadiyyatının azaldılması hesabına büdcə gəlirlərinin artırılması imkanlarına diqqət çəkib.

“2027-2030-cu illərdə kölgə iqtisadiyyatının miqyaslarının daraldılması istiqamətində nə qədər rezerv var? Mən əminəm ki, bu suala özüm çox yaxşı cavab verə bilərəm, kifayət qədər rezerv var. Bu rezervlərdən səmərəli istifadə etməklə büdcə gəlirlərinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə vermək olar”, - Məsimli bildirib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol