Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Laçın şəhər sakini, 1998-ci il təvəllüdlü Təbriz Muradlının idarə etdiyi “Toyota Corolla” markalı avtomobil idarəetmədən çıxaraq rayonun girişində yol kənarında quraşdırılmış “Ucar rayonu” yazılı lövhəyə çırpılıb.
Qəza nəticəsində xəsarət alan sürücü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər 
Daha çox 






















