• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq

Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
03.11.2026 19:32

Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqazda, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar açır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə "Euronews" telekanalının təşkil etdiyi "Avropanın gələcəyi" sammitində çıxışı zamanı bildirib.

Paşinyan qeyd edib ki, İrəvan və Bakı arasında münaqişənin sülh yolu ilə həllinə dair Vaşinqton razılaşmaları artıq real məzmun kəsb edib. Onun sözlərinə görə, hazırda əsas məsələ həmin razılaşmaların institusional əsaslarını formalaşdırmaqdır.

Baş nazir iki ölkənin xarici işlər nazirləri tərəfindən 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin imzalanmasının və ratifikasiyasının vacibliyini vurğulayıb.

Regional əməkdaşlığa toxunan Paşinyan Cənubi Qafqazı fərqliliklərə baxmayaraq, ümumi maraqlar əsasında birgə inkişaf strategiyası formalaşdırmaq imkanına malik vahid region kimi gördüyünü bildirib.

"Gürcüstanla artıq çox yaxşı əməkdaşlığımız qurulub. Ənənəvi olaraq, münasibətlərimiz sıx və dostluq xarakteri daşıyır. Hazırda biz ikitərəfli ticarət əlaqələrimiz olan Azərbaycanla da münasibətlər qururuq. İndi isə regional infrastruktur əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaq TRIPP layihəsini həyata keçirmək niyyətindəyik", - Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh, TRIPP layihəsinin reallaşdırılması, eləcə də Gürcüstan, Ermənistan və Azərbaycanın, xüsusilə logistika sahəsində əməkdaşlığı qlobal təchizat zəncirlərindəki böhranın aradan qaldırılmasına töhfə verə bilər.

"Bütün bu proses Cənubi Qafqaza beynəlxalq arenada tamamilə yeni bir mövqe tutmağa imkan verəcək", - o bildirib.

Paşinyan Mərkəzi Asiyanın regiona yaxınlığına və bütövlükdə Cənubi Qafqazın qlobal əhəmiyyətinin artmasına da diqqət çəkib. O qeyd edib ki, yeni beynəlxalq ticarət marşrutunun formalaşması Avropa İttifaqı, Çin, Yaxın Şərq, Şimali Afrika və digər regionlar üçün əhəmiyyət daşıyacaq.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol