“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

London-Sofiya marşrutu üzrə uçan “Wizz Air” aviaşirkətinə məxsus təyyarə partlayış təhlükəsi səbəbindən Budapeştdə eniş etməli olub.
Bu barədə Macarıstanın müdafiə naziri Romuluş Ruşin-Sendi sosial şəbəkə hesablarında məlumat verib.
"NATO-nun hava hücumundan müdafiə xidməti ALPHA həyəcan siqnalı verib. Fövqəladə vəziyyətlə əlaqədar Macarıstan Silahlı Qüvvələrinin "Gripen" qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirilib. Onlar bir neçə dəqiqə ərzində havaya qalxaraq təyyarəni Ferents List adına Beynəlxalq Hava Limanına qədər müşayiət ediblər", – deyə nazir bildirib.
























