• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan: TRIPP layihəsində işlər başlayır

Paşinyan: TRIPP layihəsində işlər başlayır
02.11.2026 14:45

Ermənistan hökuməti ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gələn “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu” (TRIPP) layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətlərinin layihələndirilməsi işlərinə başlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan bunu noyabrın 2-də parlamentin daimi komitələrinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan hökuməti TRIPP layihəsinin inkişaf şirkəti yaradılmadan əvvəl öz təşəbbüsü ilə layihələndirmə işlərinə sifariş verəcək.

“Biz vaxt itirmək istəmirik. TRIPP inkişaf şirkəti yaradılan kimi, Ermənistan hökuməti artıq tamamlanmış işləri ona təhvil verəcək”, – baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, layihənin həyata keçirilməsi Ermənistanın 30 ildən çox davam edən blokadanadan çıxmasına imkan verəcək.

O vurğulayıb ki, TRIPP Ermənistanın həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində maneələri aradan qaldırmasına şərait yaradacaq.

Baş nazirin sözlərinə görə, layihəyə Nrnadzor-Karçevan dəmir yolu, elektrik xətləri və avtomobil yolu daxil olacaq. Qaz və neft boru kəmərləri ilə bağlı məsələlər isə daha sonra müzakirə ediləcək.

TRIPP Ermənistan və ABŞ arasında regional nəqliyyat bağlantılarının inkişafı məqsədilə nəzərdə tutulan layihədir. Paşinyan daha əvvəl layihə çərçivəsində təməl işlərinə 2026-cı ildə başlanmasının planlaşdırıldığını bildirmişdi.

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol