“Özbəkneftqaz” “ Şahdəniz” layhəsində iştirak edəcək

14:59 | 21.05.2024
“Özbəkneftqaz” “ Şahdəniz” layhəsində iştirak edəcək

“Özbəkneftqaz” “ Şahdəniz” layhəsində iştirak edəcək

"Özbəkneftqaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu yay Özbəkistan şirkətinin "Şahdəniz” layihəsinə  daxil olmasına dair saziş imzalaya bilər. Bu barədə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Anews.az müxbirinin sualına cavabında deyib.


"Biz SOCAR-ın Özbəkistanda neft və qaz hasilatı layihələrində iştirakı ilə bağlı danışıqlar aparırıq”, - Kudratov bildirib.


O , həmçinin bunun "Şahdəniz” layihəsinə aid olduğunu əlabə edib. 


Onun sözlərinə görə, sazişin detalları ilə bağlı danışıqlar prosesi davam edir. 


"Ümid edirik ki, bu, tezliklə baş verəcək”, -  nazir sazişin imzalanma vaxtı ilə bağlı sualı cavablandırarkən vurğulayıb.


Eyni zamanda Kudratov əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri hazırlanır. 


"Əlbəttə, biz bu səfərin məzmunlu olmasında maraqlıyıq”, - o qeyd edib.


"Layihə mürəkkəbdir və hüquqi ekspertiza tələb edir. Bu prosesə xarici məsləhətçilər də cəlb olunub, lakin biz perspektivlərə nikbin baxırıq”, - nazir vurğulayıb.


"Şahdəniz” yatağından kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb, 1996-cı il oktyabrın 17-də ratifikasiya edilib. 2013-cü ildə "Şahdəniz” yatağının işlənməsi üzrə sazişin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.


Layihədə iştirak edən şirkətlər BP (operator - 29,99%), Lukoil (19,99%), TPAO (19%), NIKO (10%), SGC Upstream (21,02%) şirkətləridir.


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM