• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

Ombudsmanın nümayəndələri Hafiz Babalıya baş çəkib

Ombudsmanın nümayəndələri Hafiz Babalıya baş çəkib
03.05.2024 14:57
Ombudsman Aparatının nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan  jurnalist Hafiz Babalı ilə görüşübr. Bu barədə onun ailə üzvləri məlumat verib. 

Mənbənin verdiyi məlumata görə, mayın 2-də baş tutan görüş zamanı Babalı həbsinin siyasi xarakter daşıdığını və dekabrın 13-dən indiyə kimi  onunla bağlı heç bir  istintaq hərəkəti həyata keçirilmədiyini bildirib. 

Jurnalist vurğulayıb ki, Cinayət Məcəlləsinin 32,33 və 34-cü maddələrinin şərhinə dair Konstitusiya Məhkəməsinin qərarına əsasən o, əlbir olan bir qrupun üzvü sayıla bilməz.

Babalı həmçinin səhhətində ciddi problemlərin olduğunu  bildirib və ombusman aparatının nümayəndələrindən bu barədə məlumatı müvafiq instansiyalara çatdırmağı xahiş edib.
 
Ombudsman Aparatının nümayəndələri Hafiz Babalının dediklərini araşdıracaqlarını vəd ediblər.

Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb.
 
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xarici valyuta qaçaqmalçılığını nəzərdə tutan maddəsi ilə ittiham olunur. 
 
Məhkəmənin qərarı ilə o, üç ay müddətinə ilkin istintaq müddətinə həbs edilib. 
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol