Ermənilər azərbaycanlılarla yaşamağa hazırdırmı? - SORĞU

15:18 | 03.05.2024
Ermənilər azərbaycanlılarla yaşamağa hazırdırmı? - SORĞU

Ermənilər azərbaycanlılarla yaşamağa hazırdırmı? - SORĞU

Ermənilərin 75%-dən çoxu azərbaycanlılarla birgə yaşamağa hazır deyil.  Gallup International sorğu xidməti Ermənistanda apardığı sorğunun nəticələrinə əsasən bu qənaətə gəlib.
 
"Gallup İnternational”ın Ermənistandakı sorğusunda iştirak edənlərin 75,7%-i "beynəlxalq strukturlar sülh və təhlükəsizliyə zəmanət verərsə” azərbaycanlılarla birgə yaşamağa "mütləq hazır deyil” cavabını verib",  - GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, respondentlərin 9,6%-i böyük ehtimalla azərbaycanlılarla birgə yaşamağa hazır olduğunu, 6,2%-i tam hazır olduqlarını, 6,1%-i kifayət qədər hazır olmadıqlarını, 2,4%-i isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini deyib.

Respondentlərin 45%-dən çoxu "ərazilərin Azərbaycana verilməsinə və müharibə təhlükəsinə qarşı” küçə döyüşlərinə hazır olduqlarını bildiriblər.

Eyni zamanda, Ermənistanda sorğu iştirakçılarının 36,8%-i heç bir halda hakimiyyəti dəyişmək üçün küçələrə çaxmayacaqlarını deyib. 

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM