20 yanvarda metronun üç stansiyası gücləndirilmiş rejimdə işləyəcək

10:56 | 18.01.2023
20 yanvarda metronun üç stansiyası gücləndirilmiş rejimdə işləyəcək

20 yanvarda metronun üç stansiyası gücləndirilmiş rejimdə işləyəcək

Yanvar ayının 20-si - Ümumxalq Hüzn Günündə Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. 

"Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, həmin gün bütün stansiyalarda şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad ediləcək.

Ölkədə şəhidlərin xatirəsinə birdəqiqəlik sükut mərasimi saat 12:00-da keçiriləcək. Həmin vaxt üçün əvvəlcədən xüsusi işlənmiş plan əsasında bütün qatarlar stansiyalara çıxarılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək.

Formalaşmış ənənəyə əsasən, şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti kimi günün birinci yarısında "20 Yanvar” stansiyasının platfromasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək.

Gün ərzində bütün stansiyalarda günün ruhuna uyğun musiqilər və marşlar mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə səsləndiriləcək.

Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin "20 Yanvar”, eləcə də Şəhidlər xiyabanını ziyarət edənlərin daha çox istifadə etdiyi "İçərişəhər” və "Elmlər Akademiyası” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə onların xəttə verilməsi təmin ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb