2013-cü ilin son vəhşiliyi

09:26 | 01.01.2014
2013-cü ilin son vəhşiliyi

2013-cü ilin son vəhşiliyi

Türkiyədə məişət zorakılığı zəminində cinayət və intihara təşəbbüs hadisəsi baş verib. Hadisə 31 dekabr 2013-cü il tarixdə yerli vaxtla saat 23.00-də İstanbuldakı gözəllik salonlarından birində baş verib. 

Məlumata görə, 45 yaşlı C.E. gözəllik salonu sahibi sevgilisi 28 yaşlı E.E.nin yanına gedib. Bu vaxt tərəflər arasında naməlum səbəblə mübahisə başlayıb. C.E. mübahisə zəminində sevgilisi E.E.nin başına atəş açıb. C.E. daha sonra eyni silahla özünü vurub. 

Silah səsini eşidərək hadisə yerinə yaxınlaşan yerli sakinlər ağır yaralı cütlüyü xəstəxanaya çatdırıblar. Məlumata görə, hər iki yaralının vəziyyəti olduqca ağırdır.

ANS Press

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM