2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclası olub

15:43 | 30.04.2013
2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclası olub

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclası olub

 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin aprelin 30-da birinci iclası olub.İclasda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.İclasdan əvvəl Mehriban xanım Əliyeva Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşdü.Görüşdə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda yaxşı potensialın və mükəmməl təcrübənin olduğu vurğulandı.Sonra iclas işə başladı. Azərbaycanın birinci xanımı iclasda çıxış etdi.Daha sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və digərləri çıxış etdilər.Patrik Hikki Avropa Olimpiya Komitəsinin xüsusi şəxslər üçün hazırlanmış loqosunu Mehriban xanım Əliyevaya təqdim etdi.Sonda xatirə şəkli çəkdirildi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM