İlham Əliyev sərəncam verdi

20:31 | 09.01.2015
İlham Əliyev sərəncam verdi

İlham Əliyev sərəncam verdi

İlham Əliyev ehtiyat fondundan 3 milyon ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda aşağıdakı göstərişlər verilib:

"1. On doqquz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Hacıqabul Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM