İlham Əliyev: 100 illik qazımız var

10:20 | 06.11.2015
İlham Əliyev: 100 illik qazımız var

İlham Əliyev: 100 illik qazımız var

Prezident Azərbaycanın həm özü, həm qonşuları, həm də Avropanı qazla təmin edə biləcəyini deyib.

"100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, eyni zamanda, Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək". ANS PRESS-in məlumatına görə, bunu Tiflisdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. O və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

İ.Əliyev deyib ki, Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları var. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. 

Onun sözlərinə görə, "Cənub” qaz dəhlizi bu gün uğurla icra edilir. Əgər vaxtilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri tikilməsəydi bu gün "Cənub” qaz dəhlizi üçün heç bir əsas olmayacaqdı. "Cənub” qaz dəhlizinin bu gün həm Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası var. Bu layihə uğurla icra edilir. "Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq. Bu, çox böyük layihədir. Hesab edirəm ki, bu gün Avropada reallaşan ən böyük energetika layihəsidir. "Cənub” qaz dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur".


İlham Əliyev və Giorgi Marqvelaşvili


Azərbaycanın dövlət başçısı Gürcüstan və Azərbaycan yükdaşıma sahəsində bir mövqedən çıxış etməyi istədiklərini deyib. "Biz ölkə ərazisindən keçən yüklərin həcmini böyük dərəcədə artırmaq üçün vahid tarif siyasəti apara bilərik. Bu, mümkündür.

Əlbəttə, bu gün digər məsələlər də müzakirə edildi. Mən çox şadam ki, müzakirə olunan bütün məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Biz dostuq, qardaşıq. Mənim uğurlu səfərim bizim gələcək dinamik əməkdaşlığımız üçün də gözəl bir addımdır.

Prezident iki ölkə arasında iqtisadi sahədə çox uğurlu əməkdaq olduğunu deyib. Çox istəyirik ki, ticarət dövriyyəsi daha da artsın və əlbəttə, qarşılıqlı maraq kifayət qədər böyükdür. "Azərbaycan Gürcüstana böyük həcmdə sərmayə qoyur. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Sizin ölkənizdə çox gözəl sərmayə iqlimi yaradılıb". 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM