Paşinyanla Blinken arasında telefon danışığı olub

20:33 | 28.04.2024
Paşinyanla Blinken arasında telefon danışığı olub

Paşinyanla Blinken arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin dövlət katibi Entoni Blinken telefonla danışıb.Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi məlumat yayıb.

Tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrasını, həmçinin İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.
 
Telefon danışığı zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır. Baş nazir Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb