• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Gürcüstanda tələbələr qanuna etiraz yürüşlərinə başlayıb

Gürcüstanda tələbələr qanuna etiraz yürüşlərinə başlayıb
13.05.2024 14:11
Gürcüstanda hakim partiyanın "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz yürüşləri keçirirlər. Bu barədə Gürcüstan teleqram kanalları məlumat yayıb.
 
Bildirilib ki, hazırda Rustaveli prospekti ilə parlament binasına yürüş edir, yürüşlə əlaqədar olaraq prospektin bəzi hissəsində avtomobillərin hərəkəti məhdudlaşıb.
 
Məlumata görə, bu gün tələbələrin tətili başlayıb, qanuna etiraza 30 üniversitet qoşulub. 
 
Aksiyaya Tbilisi Dövlət Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti, GIPA Universiteti, Qriqol Robakidze Universiteti, Qafqaz Universiteti, Alte Universiteti, İliya Universiteti, İncəsənət Akademiyası, Aqrar Universitet, Tibb Universiteti, Şota Rustaveli adına Teatr və Kino Universiteti dəstək verib. Aksiyaya Rustaveli, Sulxan-Saba Orbeliani Universiteti, Batumi Dəniz Akademiyası və digər universitetlər də qoşulublar.
 
Aprelin 4-də Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası başlayıb.
 
Aksiya zamanı yüzlərlə insan parlamentin qarşısındakı Rustaveli prospektinə toplaşıblar.

Aksiya etirazçılarının fikirincə, qanunun qəbulu ölkədə QHT və siyasi partiyaların fəaliyyətinə ciddi təsir edəcək.

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ötən ilin ortalarında müxalifətin təkidi ilə parlamentin müzakirəsindən çıxarılıb. Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qanun layihəsini yenidən parlamentə təqdim edib. Bu da yenidən ciddi etirazlara səbəb olub. 
 
"Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan parlamentinin hüquq komitəsində sonuncu, üçüncü oxunuşda müzakirə edilib və qəbul olunub.

Mayın 14-də isə ölkənin qanunverici orqanı üçüncü oxunuşda layihəni müzakirə edəcək.

Aygün 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Dünya 07:55
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Dünya 07:22
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Dünya 07:19
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
Dünya 07:15
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Dünya 07:12
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Tramp Maskı tənqid edib
Dünya 07:06
Tramp Maskı tənqid edib
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol