Ötən il İtalyadan Azərbaycana ixrac edilən kənd təsərüfatı məhsullarının həcmi açıqlanıb

12:30 | 14.05.2024
Ötən il İtalyadan Azərbaycana ixrac edilən kənd təsərüfatı məhsullarının həcmi açıqlanıb

Ötən il İtalyadan Azərbaycana ixrac edilən kənd təsərüfatı məhsullarının həcmi açıqlanıb

İtaliya 2023-cü ildə 3.9% bazar payı ilə 6-cı tədarükçü olub.  Bunu İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Assosiasiyasının Baş Direktor müavini Fabio Ricci deyib. 

O bildirib ki, İtaliya Azərbaycana traktor və kənd təsərrüfatı maşınları ixrac edir. 

"2023-cü ildə İtaliya Azərbaycana  süd emalı (24%), taraktorlar (20%), məhsul yığımı (14%), heyvandarlıq ( 10%) ilə əlaqədar kənd təsərrüfatı məhsulları ixrac edib", - o, mayın 14-də Azərbaycan-İtaliya biznes forumunda çıxışında qeyd edib. Azərbaycan-İtaliya biznes forumunda çıxışında qeyd edib. 

Ricci bildirib ki, 2023-cü ildə Efiopiyada kənd təsərrüfatı texnikası və traktorlarının idxalı  146.7 milyon avro təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1.9 % çoxdur.
 
O həmçinin vurğulayıb ki, İtaliyanın Azərbaycana ixracda ümumi bazar payı 150 milyon avrodur, bu da bazar payının 4%-nə bərabərdir. 

"İtaliya texnologiyası ucuz olmasa, da ona investisiya qoymaqla siz geri dönüş əldə edirsiniz. Bu zaman yalnız kənd təsərrüfatının inkişafına nail olmursunuz, həmçinin fermerlərin gəlirlərini təşkil edirsiniz, torpağı qoruyursunuz. Aparılan hesablamalar onu göstərir ki, 9 ildə qlobal miqyasda kənd təsərrüfatı sahəsində istehsal 1.2% artacaq. Bu artım Avropada 7%-ə bərabər olacaq",- o əlavə edib.


Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM