Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb

15:19 | 28.04.2024
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində krallığın "Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin Nasserlə görüşündə enerji sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib.Bu barədə nazir "X” hesabında bildirib.

"Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı "Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin H.Nasser ilə görüşdük. Ölkəmizdə xarici investorlar üçün yaradılan şəraitə, enerji sektorunda birgə fəaliyyət imkanlarına, istehsal layihələrində əməkdaşlıq potensialına toxunduq”, - iqtisadiyyat naziri qeyd edib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM