Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Gümrü yolunu bağlayıb

14:50 | 28.04.2024
Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Gümrü yolunu bağlayıb

Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Gümrü yolunu bağlayıb

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən bir qrup şəxs səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb