Vətəndaşlar ən çox "E-Polis"ə hansı məsələ üçün müraciət edib? - Statistika

2024-cü ilin dörd ayında vətəndaşlar tərəfindən "E-Polis" tətbiqinə 1 581 831 müraciət olunub. Bu barədə anews.az-ın sorğusuna Daxili İşlər Nazirliyindən bildirilib.
Ən çox müraciət şəxsin özü haqqında ətraflı məlumat üzrə müraciətidir ki, bunun da sayı 550 mindir. Ən az - 69 müraciət avtomobilin zədələnməsinə dair arayışla bağlı olub.
"İstifadəçilər tərəfindən ünvanlanmış - şəxsin
özü haqqında ətraflı məlumat üzrə 550.000, yeniliklər və xəbərlərlə bağlı
303.000, etibarnamə üzrə 228.000, sürücülük vəsiqəsi üzrə 173.600, şəxsiyyət vəsiqəsi
üzrə 171.000, pasport məlumatları üzrə 148.000, məhkumluğa dair arayış üzrə
ümumi 6138, avtomobilin yüklü olub-olmamasına dair arayış üzrə ümumi 809,
"Virtual-102” bölməsi üzrə 727, müvəqqəti yerləşmə bölməsi üzrə 488, avtomobilin
zədələnməsinə dair arayış üzrə ümumi 69 sorğu
cavablandırılıb", - sorğuda qeyd olunub.
"E-Polis" tətbiqi 2024-cü ilin yanvarında yaradılıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 