Metro istifadəçilərinə ŞAD XƏBƏR

13:10 | 10.01.2015
Metro istifadəçilərinə ŞAD XƏBƏR

Metro istifadəçilərinə ŞAD XƏBƏR

"Bakı Metropoliteni" QSC "bənövşəyi" xəttin ilk iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının açılması üzrə planlarını saxlayır.

Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, qeyd edilən stansiyaların yaradılması çərçivəsində əsas tikinti işləri demək olar başa çatıb: "Hazırda zəruri avadanlıq, sistemlərin quraşdırılması və stansiyaların abadlaşdırılması üzrə işlər aparılır".

N. Paşayev əlavə edib ki, stansiyaların tikintisi üzrə işlər davam edir: "Plana uyğun olaraq onların artıq bu iı istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, Bakı Metropoliteninin "bənövşəyi" xətti 12 stansiyadan ibarət olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM