Azərbaycanda 288 milyonluq dollar satıldı

11:47 | 15.04.2015
Azərbaycanda 288 milyonluq dollar satıldı

Azərbaycanda 288 milyonluq dollar satıldı

Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatları açıqlanıb. 

ANS PRESS-in verdiyi məlumata görə, fevral ayı üzrə dollar alışı 384 milyon 827 min təşkil edib. Bu mübadilə əməliyyatları yanvar ayına nisbətdə 184 milyon 873 min dollar çoxdur. 

Fevral ayı üzrə dollar satışı isə 288 milyon 546 min təşkil edib. Avro ilə mübadilə əməliyyatlarında da ciddi artım müşahidə olunub. 

Belə ki, fevral ayına avro 42 milyon 739 min təşkil edib ki, bu da yanvar ayına nisbətdə 7 milyon çoxdur. Avronun satışı isə fevral ayında 147 milyon 49 minə çatıb. 

Azərbaycanda banklardan kredit alanların sayı da açıqlanıb. Fevral ayına olan son göstəricilərə əsasən, ölkədə 2 milyon 366 min 967 borcalan var. Borclu şəxslərə isə 1 milyon 89 min 624 nəfər zamin durub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb