Sabah hava necə olacaq?

13:24 | 22.01.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah ölkədə yağıntılı hava gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Abşeron yarımadasında temperatur gecə 1-3, gündüz 6-9 dərəcə isti olacaq.

Yanvarın 23-də bölgələrdə də bəzi yerlərdə havanın yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Temperatur aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür