Rus politoloqdan müharibə proqnozu

17:09 | 26.01.2015
Rus politoloqdan müharibə proqnozu

Rus politoloqdan müharibə proqnozu

Rusiyanın Hərbi Proqnozlaşdırma Mərkəzinin direktoru, hərbi ekspert Anatoliy Sıqanok Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki ölkə arasında müharibənin başlayacağı vaxtla bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, o Ermənistan mətbuatına deyib ki, bu il müharibə olmayacaq, amma 2016-cı il isə hələ qabaqdadır: "Mən hesab etmirəm ki, təmas xəttində gərginlik müharibəyə gətirib çıxara bilər. Ermənistan və Azərbaycan arasında 20 il əvvəl bəzi razılıq imzalanıb, amma indi onların müddəti bitib. Qarşılıqlı təxribat xarakterli hadisələrin müharibəyə gətirib çıxaracağına inanmıram. Amma ürəkaçıcı olmayan hadisələrin sayı artır və bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olur."

Onun sözlərinə görə, 2015-ci ildə müharibə ağlasığmazdır. Azərbaycan tərəfi yaxşı başa düşür ki, neft ehtiyatları sayəsində kifayət qədər resursa malikdir və bu, tədricən böyüyəcək. Təbii ki, bu, təqribən 8 il Azərbaycanın hərbi texnika baxımından daha güclü olmasına kifayət edəcək.

Ekspert diqqətə çatdırıb ki, indi çox mürəkkəb an yetişir, Ermənistanın və Azərbaycanın Silahlı qüvvələri nəyəsə hazırlaşırlar. Fərq odur ki, Azərbaycan tərəfi NATO, Türkiyə üslubunda, Ermənistan isə sovet, Rusiya ideologiyası üzrə hazırlaşır. Hesab edirəm ki, istənilən halda bu il müharibə olmayacaq, amma 2016-cı il üçün bunu demək olmaz.

A.Sıqanok Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edə bilməyəcəyini də söyləyib: "KTMT buna məcbur deyil. Düşünmürəm ki, bu vəziyyətdə müdaxilə lazımdır. Dörd il əvvəl indiki baş nazir Dmitri Medvedev İrəvan və Bakıda səfərdə oldu və çox əhəmiyyətli bəyanat verdi. O, əvvəlcə İrəvana gəldi, üç gün sonra Bakıya getdi və bildirdi: "Ermənistan bizim strateji tərəfdaşımızdır, amma Azərbaycan adicə tərəfdaşdır. Bunun çox böyük fərqi var. Azərbaycan yaxşı anlayır ki, Ermənistan ərazisində hələ Rusiya hərbi bazası var və Rusiya ilə qarşıdurma istəməyəcək. Belə olan vəziyyətfə KTMT heç nə edə bilməyəcək. Bu, sərhədyanı münaqişədir, İrəvana hücum deyil."

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM