Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”

12:55 | 14.04.2015
Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”

Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, iclasda çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Oyunları ərəfəsində bəzi siyasi təşkilatların Azərbaycan hakimiyyətinə qarşı apardığı kampaniyadan danışıb.

YAP funksioneri bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı həmişə mübarizə aparılıb.

"Dünyanın hər yerində korrupsiya bəlası var və buna qarşı mübarizə davam edir. Ancaq təəssüflər olsun ki, bəzi siyasi partiyalar Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə təbliğat aparır. Bunlar hamısı bir mənbədən idarə olunur. Erməni lobbisi və xarici təşkilatlardan aldıqları qrantlar hesabına fəaliyyət göstərib, kampaniya aparırlar. Onlar iğtişaş da yaratmaq istəyir və camaatı kütləvi aksiyalara çağırırlar”,-deyə Siyavuş Novruzov söyləyib.

Spiker Oqtay Əsədov da məsələyə münasibət bildirib. Milli Məclis sədri Avropa Oyunlarında Ermənistan nümayəndələrinin də iştirakını xatırladaraq deyib:

"Ancaq bizdə bəziləri Avropa Oyunlarında iştirakdan imtina etməyə çağırış edirlər. Bunlar ermənilərdən də pisdir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM