Prezident pensiyalarla bağlı sərəncam imzaladı

23:23 | 26.01.2015
Prezident pensiyalarla bağlı sərəncam imzaladı

Prezident pensiyalarla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

"APA-Economics”in məlumatına görə, sənədə əsasən Dövlət Sosial Müdafiə Fondu 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir.
 
Bundan başqa, fonda fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
 
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM