Hava yağmursuz keçəcək

16:25 | 29.01.2015
Hava yağmursuz keçəcək

Hava yağmursuz keçəcək

Bakı və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
 
Atmosfer 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında yanvarın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 1-dək Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM