Azərbaycan COP-29 zamanı mümkün provakasiyalara hazırdır - Anar Ələkbərov

13:15 | 18.10.2024
Azərbaycan COP-29 zamanı mümkün  provakasiyalara hazırdır -  Anar Ələkbərov

Azərbaycan COP-29 zamanı mümkün provakasiyalara hazırdır - Anar Ələkbərov

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Bakıda keçiriləcək COP29 zamanı kibertəxribatlardan narahat olduğunu bildirib. Onun sözlərinə görə, belə cəhdlərin qarşısını almaq üçün hazırda qabaqlayıcı tədbirlər görülür.

"Bir neçə həssas sahəmiz var ki, onlara xüsusi diqqət yetiririk. Bunlar kibertəhlükəsizlik, internet platformaları, nəqliyyat sektoru və hava şəraitidir. Bu sahələrdə hər hansı problemlə üzləşməmək üçün bütün tədbirləri həyata keçirmişik", -  Ələkbərov bildirib.

Eyni zamanda, prezidentin köməkçisi forum çərçivəsində ifadə və toplaşma azadlığının tam təmin olunacağını qeyd edib.

Qabaqlayıcı tədbirlərlə yanaşı, konfransın mətbuat mərkəzinin formalaşdırılması üzrə işlər başa çatdırılıb.

Ələkbərov həmçinin qeyd edib ki, qlobal miqyaslı konfransda dünyanın 100 ölkəsindən 26 min nümayəndə iştirak edəcək. Tədbirdə dünya üzrə 2 500-ə yaxın jurnalist akkreditə olunub.

Çox qısa müddət ərzində, təxminən 9 aya yaxın bir müddətdə, təşkilat komitəsi və əməliyyat şirkəti öz gücləri ilə qlobal foruma hazırlığı tamamlayıb.
 
Azərbaycan hökuməti, xüsusən Böyük Britaniya və Almaniyadan olan xarici əməliyyat şirkətləri tərəfindən irəli sürülən təklifləri əsassız dərəcədə baha hesab edərək, tədbirin öz resursları ilə həyata keçirilməsinə qərar verib.

Hazırda Milli Əməliyyat Şirkətinin strukturlarında 3 mindən çox əməkdaş çalışır.

Şəffaflıq məsələsinə toxunan A.Ələkbərov bildirib ki, büdcə və xərclərlə bağlı məlumatlar tam şəkildə ictimaiyyətə təqdim olunacaq.

Prezidentin köməkçisi şəhər infrastrukturunun, otellərin və xüsusi olaraq hazırlanmış mənzillərin on minlərlə qonaq və turisti qarşılamağa tam hazır olduğunu təsdiq edib. Ələkbərov həmçinin qiymət siyasətinə də toxunaraq, hökumətin özəl sektorun fəaliyyətinə müdaxilə edə bilməyəcəyini və diktə edə bilməyəcəyini vurğulayıb.

N.Təbrizli







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM