Bakı metrosunda yenilik

09:00 | 06.02.2015
Bakı metrosunda yenilik

Bakı metrosunda yenilik

"Ultra Tecnologies” şirkəti "Bakı Metropoliteni” QSC üçün maliyyə və mühasibat uçotu sisteminin tətbiqinə başlayıb.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, şirkətdən bildirilib ki, yeni sistem maliyyə məlumatlarının sistemləşdirilməsinə imkan yaradacaq. Bundan əlavə, tikinti işlərinin smetasının tərtibi, pul vəsaitlərinin idarə olunması, izlənməsi, xərclərin qruplaşdırılması, smeta üzrə qalıq hesabatların hazırlanması, qəbul edilmiş obyektlərin balansa götürülməsi də sistemin yaratdığı funksional imkanlardır. Beləliklə, QSC-nin tabeliyindəki baş idarənin və 26 qurumun işini vahid mərkəzdən idarə etmək mümkün olacaq.

Şirkətin analitikləri bildirirlər ki, sistemin tətbiqi nəticəsində "Bakı Metropoliteni” QSC maliyyə, uçot siyasətinin effektiv təşkili və optimallaşdırılması, beynalxalıq İFRS hesabatlarına keçid və digər bu kimi üstünlüklər əldə edəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti