Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı

09:32 | 18.11.2015
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı

Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı

Bu gün noyabrın 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 18-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 17-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0509 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0019 manat və ya 0,17% azalaraq 1,1183 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25% artaraq 0,0162 manat səviyyəsində qərarlaşıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb