Yol polisindən sürücülərə xəbərdarlıq

13:19 | 16.02.2015
Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) havaların soyuması ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, BDYPİ-nin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev  açıqlamasında bildirib ki, havaların soyuması ilə əlaqədar sürücülərin yollarda diqqətli olması xahiş olunur.

Kamran Əliyev, həmçinin sürücülərə xüsusilə qar yağacağı təqdirdə mövsümi təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrinin texniki sazlığına bir daha baxış keçirməyi, və s. lazımi avadanlıqların olmasını təmin etməyi, ara məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı tövsiyə edib.

Qeyd edək ki, sabahdan respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, rayonlara qar yağacağı proqnozlaşdırılır.  

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM