Mart ayına olan hava proqnozu

17:18 | 28.02.2015
Mart ayına olan hava proqnozu

Mart ayına olan hava proqnozu

İstirahət günü - martın 1-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-5, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, əsasən şimal və qərb rayonlarında havanın yağıntılı keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM