Dollar və avro ucuzlaşdı

09:44 | 12.03.2015
Dollar və avro ucuzlaşdı

Dollar və avro ucuzlaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 ABŞ dolları 1.0492-dən 1.0489-a düşüb. Dollarla yanaşı, avronun da məzənnəsində dəyişiklik olub.

Belə ki, 1 avro bir gündə 1.1208-dən 1.1023-ə geriləyib.

Avro və dollarla yanaşı, Rusiya rublunun kursunda da dəyişiklik olub. Ötən gün 0.0168 olan 1 rublun bu günə məzənnəsi 0.0170 olaraq müəyyən olunub.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM