Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev "APA-Economics”ə verdiyi açıqlama zamanı bildirib.
P. Mürsəliyevin sözlərinə görə, Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yol ilə hərəkət edən nəqliyyat vasitələrinə köməkçi yola keçmək üçün şərait yaradılıb: "Köməkçi yol ilə hərəkət edən nəqliyyat vasitələri yolun hərəkət hissəsinin nişanlanması tələblərini pozaraq əsas yola keçirlər və beləliklə qəza şəraiti yaranır”.
Qeyd edək ki, Heydər Əliyev prospektində ayrıcı zolaq təxminən 60 metr məsafədə götürülərək yeni bir hissə salınıb. Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib ki, bu da prospektin əsas yolu ilə hərəkət edən nəqliyyat vasitələrinə yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət etməsinə şərait yaradır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !