Sabah hava necə olacaq?

13:48 | 06.04.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Aprelin 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz cənub küləyi əsəcək
 
Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında aprelin 7-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM