Azərbaycanda havanın hərarəti yüksəlir

13:49 | 25.04.2015
Azərbaycanda havanın hərarəti yüksəlir

Azərbaycanda havanın hərarəti yüksəlir

Sabah paytaxtda 15-19, rayonlarda 15-20, bəzi yerlərdə isə 23 dərəcə isti olacaq

Aprelin 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək, havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq. 
 
Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz saatlarında arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10, bəzi yerlərdə isə 15 dərəcə isti olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM