ANN.Az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0482-dən 1.0483 AZN-ə yüksəlib.
Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1749 AZN-dən 1.1730-a qədər ucuzlaşıb.
Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0204-dən 0.0202 manata qədər ucuzlaşıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !