Dollar bahalaşdı - Məzənnə

09:39 | 08.05.2015
Dollar bahalaşdı - Məzənnə

Dollar bahalaşdı - Məzənnə

 Bu gün mayın 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0007 manat və ya 0,07% bahalaşaraq 1,0482 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0139 manat və ya 1,17% ucuzlaşaraq 1,1742 manat olub.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM