Bu gecə saatlarında "Xırdalan dairəsi” ərazisində yol bağlanıb.
ANS PRESS-in məlumatına görə bu səbəbdən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Məsələnin nə yerdə olduğunu öyrənmək üçün Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.
A.Nəcəfli bildirdi ki, həmin ərazidə yolun təmir və bərpa işləri aparıldığı üçün bağlanıb.
"Həmin ərazidə, körpünün üstündə asfalt-beton örtüyü dağılmışdı. Bu səbəbdən də gecədən başlayaraq, yolu asfaltlayırlar. İşlər yekunlaşan kimi yol açılacaq. Hələlik sürücülər körpünün altı ilə hərəkət edə bilərlər".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !