Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri və həmçinin, digər xarici ölkələr üzrə sərnişindaşıma tarifləri 1,3 % ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Komitədən bildirilir ki, ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,6 % bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,2 % bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.
Qeyd edək ki, aprel ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 5,5 və 0,1 % bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !