Sabah hava necə olacaq?

15:59 | 15.05.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah Azərbaycanda havanın temperaturu 27 dərəcəyə kimi yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM