Neftin son qiymətləri

09:36 | 08.07.2015
Neftin son qiymətləri

Neftin son qiymətləri

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,20 dollar və ya 0,38% ucuzlaşaraq 52,33 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,55% yaxud 0,31 dollar irəliləyərək 56,85 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 60 dollar/barel olacağı gözlənilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM