Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,4 dollar artaraq 52,38 dollar təşkil edib.
Qeyd edək ki, İranla "Altılıq" ölkələri arasında danışıqların müddəti İranın silah ambarqosunu aradan qaldırılması tələbi ilə əlaqədar cari ilin iyulun 10-a qədər uzadılıb.
Xatırladaq ki, İranla "Altılıq" ölkələri arasında razılıq əldə edilsə, bu halda Texas markalı neftin qiyməti 50 dollara qədər düşə bilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !